Ermənistan Pkk Tərəfdarı Olan 60 Min kürdü Laçın&



Ermənistan hökuməti PKK tərəfdarı olan 60 min kürdü Azərbaycanın işğal altında olan Laçın rayonunda məskunlaşdırmağı planlaşdırır

Bakı. Ramil Məmmədov-APA. Ermənistanda məskunlaşan PKK terrorçuları prezident seçkilərində Serj Sərkisyanın namizədliyini dəstəkləyiblər. Bu barədə APA-ya “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov məlumat verib.

F. İsmayılov bildirib ki, Ermənistan KİV-nin yaydığı məlumatlarda İraqdan Ermənistana köçən PKK tərəfdarlarının sayının 60 mindən çox olduğu qeyd olunub. Ermənistan hökuməti isə bu kürdlərin hamısını Azərbaycanın işğal altında olan Laçın rayonunda məskunlaşdırmağı planlaşdırır. F. İsmayılovun sözlərinə görə, hələ ötən ilin dekabrında kürdlər adından yayılan açıqlamada, onların prezidentliyə namizəd Serj Sərkisyanı müdafiə etdiklərini elan edilib. Kürdlərin açıqlamasında bildirilib ki, yalnız S. Sərkisyanın sayəsində Laçında kürd vilayətinin yaradılmasına nail olmaq olar: “Bu plan baş tutarsa, Cənubi Qafqazda daha bir separatizm ocağı yaranacaq”. F. İsmayılov PKK tərəfdarı olan kürdlərin S. Sərkisyan tərəfindən də xüsusi dəstəkləndiyini bildirib: “Ermənilər etiraf edirlər ki, 1992-ci ilin payızında Dağlıq Qarabağla Ermənistan arasında olan Laçının işğal edilməsi zamanı PKK terrorçularının müstəsna rolu olub. Gələcəkdə İraq Kürdüstanı ilə yeni yaradılmaqda olan Laçın kürd vilayətinin əlaqələrinin yaradılması və genişləndirilməsi üçün böyük layihələr hazırlanır”.

Kaynak: APA

Yorum Yaz
Arkadaşların Burada !
Arkadaşların Burada !