Daşqın Gülməmmədovu PKK-çılar həbs etdirib?


<!-- /* Style Definitions */ p.MsoNormal, li.MsoNormal, div.MsoNormal {mso-style-parent:""; margin:0cm; margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:12.0pt; font-family:"Times New Roman"; mso-fareast-font-family:"Times New Roman";} p {mso-margin-top-alt:auto; margin-right:0cm; mso-margin-bottom-alt:auto; margin-left:0cm; mso-pagination:widow-orphan; font-size:12.0pt; font-family:"Times New Roman"; mso-fareast-font-family:"Times New Roman";} @page Section1 {size:612.0pt 792.0pt; margin:70.85pt 70.85pt 70.85pt 70.85pt; mso-header-margin:35.4pt; mso-footer-margin:35.4pt; mso-paper-source:0;} div.Section1 {page:Section1;} -->

Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) rəhbəri Daşqın Gülməmmədov dünən Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Gülməmmədovun qohumlarının RİA-ya verdiyi məlumata görə, GAMA rəhbəri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Qohumları Gülmmədovun günahsız oldğunu, onun həbsinin sifarişlə həyata keçirildiyini iddia edirlər.

Qeyd edək ki, hələ yanvar ayının 22-də Daşqın Gülmmədov RİA-ya verdiyi açıqlamada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin bir-neçə yüksəkvəzifəli əməkdaşının ona qarşı təxribatlar və həyatına sui-qəsd hazırladığını demişdi.

Daşqın Gülməmmədov iddia edirdi ki, bu işdə Səbayel rayon Polis İdarəsi və DİN-nin yüksəkrütbəli əməkdaşları fəallıq göstərirlər.

 “Mən bilmirəm bu təxribatlar və təhdidlər daxili işlər naziri Ramil Usubovun göstərişi ilə həyata keçirilir yoxsa yox, amma mənim və mənim yaxınlarımın həyatı ciddi təhlükədədir. Baş verəcək hər hansı bir hadisənin məsuliyyətini bir başa Ramil Usubov daşıyacaq”, - deyə Gülməmmədov bildirmişdi.
Gülməmmədov təzyiqlərin nədən ibarət odğunu aıqlamamışdı.

“Mən hələ 2008-ci ilin yayında bu barədə Azərbaycanın Baş Prokurorluğuna, DİN-ə və Milli Təhlükəsizlik Nazirliyinə rəsmi müraciət etmişəm. Bu dövlət orqanlarına göndərdiyim rəsmi müraciətlərdə göstərmişəm ki, Azərbaycan DİN-nin PKK ilə əlagəli bir-neçə zabiti mənim və mənim yaxın qohumlarımın həyatına sui-qəsd hazırlayırlar. Ancaq təəsüf ki, bir tədbir görülmədi. Bu təxribat və təhdidlər yenidən başlayıb. Mən yenidən Azərbaycanın dövlət rəhbərliyinə müraciət hazırlamışam ki, mən Azərbaycan Respublikası ərazisində olarkən, həyatımın təhlükəsziliyinə rəsmi təminat verilsin”, - deyə Gülməmmədov vurğulamışdı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov RİA-ya açıqlamasında Daşqın Gülməmmədovun iddialırının əsassız oldğunu söyləmişdi. O qeyd etmişdi ki, Gülməmmədovun bəyanatı gülüş və təəssüfdoğurucu bir açıqlamadır. “DİN vətəndaşlara təxribatlar hazırlayan qurum deyil, əksinə bu orqan ölkədə asayişin qorunmasına, vətəndaşların təhlükəsizliyinə xidmət edən bir orqandır”, - deyə Zahidov əlavə etmişdi.

Ehsan Zahidov qeyd etmişdi ki, hər hənsı bir şəxs bəyanat səsləndirərkən onun araşdırılmadığını düşünməsin. Səsləndirilən hər bir bəyanata reaksiya verilir. Ona görə də Zahidov, hər hansı bir şəxsi bəyanat verərkən məsuliyyətli olmağa çağırmışdı. “Yaxşı olar ki, Daşqın Gülməmmədov da rastlaşdığı, guman etdyi cinayət hadisələri barədə hüquq muhafizə orqanlarna muraciət etsin”, - deyə DİN rəsmisi bildirmişdi.ria

 

11.03.2009

http://www.ria.az/hadise/8384.html

http://www.azr.baybak.com/il_2009_say_4372.azr

Yorum Yaz
Arkadaşların Burada !
Arkadaşların Burada !